İsrail İranın PUA bazasını bombaladı
14.10.2021
İsrail hərbi hava qüvvələri çərşənbə günü Palmiranın cənub-şərqində (Dəməşqdən 240 kilometr aralı) T-4 hərbi aerodromuna raket zərbələri endirib.
DM Birləşmiş Ərəb Əmirliklərinin "Al Hadas" telekanalına istinadən xəbər verir ki, hücum İranın pilotsuz uçuş aparatlarının bazasına edilib.
Nəticədə İranın dəstəklədiyi qruplaşmadan 4 nəfər ölüb, yaralıların olduğu deyilir.
Qeyd edək ki, oktyabrın 8-də İsrail hərbi hava qüvvələrinin T-4 aerodromuna hücumunu dəf edərkən 6 Suriya əsgəri və 12 Şiə milisi yaralanıb.