Zaxarova dini liderlərinin görüşündən danışdı
14.10.2021
"Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin üçtərəfli görüşü problemlərin aradan qaldırılması, etimad mühitinin yaradılması, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün vacib formatlardan biridir".
DM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, oktyabrın 13-də Moskvada keçirilən görüş Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, tərəflər arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə və dinlərarası dialoqun inkişafına kömək edən unikal bir formatdır.