İsrail: İrana hücum haqqına sahibik
14.10.2021
Dünya İranı dayandırmalı, öz nüvə proqramını inkişaf etdirməyə imkan verməməlidir.
DM xəbər verir ki, bunu İsrail xarici işlər naziri Yair Lapid ABŞ Dövlət katibi və BƏƏ xarici işlər naziriylə Vaşinqtonda keçirdiyi görüşdə deyib.
"İsrail istənilən an və istənilən vasitə ilə hərəkətə keçmək haqqını özündə saxlayır. Bu, təkcə haqqımız deyil, həm də məsuliyyətimizdir. İran ictimai şəkildə bizi məhv edəcəyini bəyan edir. Biz buna yol vermək niyyətində deyilik”, – deyə o bildirib.
Onun sözlərinə görə, iranlılar uranın zənginləndirilməsi və nüvə proqramının inkişaf etdirilməsi üçün danışıqlarla vaxt qazanmaq istəyirlər.