Tramp: “Mənim üçün hələ darıxmamısınız?”
14.10.2021
ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçicilərinə yazılı müraciət ünvanlayıb.
O, ölkədə pandemiyanın nəzarətdən çıxdığını, tədarük zəncirinin qırılmasıyla mağazalarda rəflərin boşaldığını, ABŞ-ın Əfqanıstandan alçalaraq çıxdığını qeyd edib.
Tramp həmçinin Meksika sərhədində baş verənləri fəlakət adlandıraraq, yanacaq qiymətlərinin artımı və rekord inflyasiyanı nümunə gətirməklə, faktiki olaraq Bayden hökumətini bacarıqsızlıqda ittiham edib.
Eks-prezident bəyanatını "Mənim üçün hələ darıxmamısınız?” sualıyla bitirib.