Azərbaycana daha çox ukraynalı turist gələcək
13.10.2021
Azərbaycan Turizm Bürosu Ukraynanın Kiyev şəhərində keçirilən "Deluxe Travel Market” adlı işçi görüşündə Azərbaycanın turizm imkanlarını təbliğ edib.
Dövlət Turizm Agentliyindən verilən məlumata əsasən, tədbirdə 35 şirkətlə B2B (biznesdən biznesə) formatında görüşlər keçirilib.
Görüşlərdə Azərbaycana ukraynalı turistlərin göndərilməsi və Azərbaycanın turizm şirkətləri ilə tərəfdaşlığın qurulması, eləcə də Ukrayna ilə Azərbaycan arasındakı aviauçuşlar kimi məsələlər müzakirə olunub.
Sərhədlərin açılmasından sonra Ukrayna turizm şirkətlərinin Azərbaycanda işgüzar və müalicəvi turizm, ekoturizm və ekskursiyalar kimi turizm məhsullarına maraq göstərəcəyi bildirilib.
Qeyd edək ki, epidemioloji vəziyyətlə əlaqədar hazırda Ukraynadan Azərbaycana səfərlərə məhdudiyyət tətbiq olunur.