Üçüncü doza vaksin ilk növbədə kimlərə vurulacaq?
12.10.2021
"Üçüncü doza (buster) vaksin gücləndirici peyvənddir. Əlbəttə ki, onun kifayət qədər lazımlı olduğu öz təsdiqini tapıb”.
Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
O deyib ki, onu vurdurandan sonra immunitet xeyli artır:
"Ona görə tövsiyə etmişik ki, ilk növbədə 60 yaşdan yuxarı əhali və risk qrupuna daxil olanlar bu dozanı vurdursunlar. Növbəti mərhələdə digər əhali kontingenti də buna cəlb olunacaq”.