"Putin peyvəndin ikinci dozasını hələ də vurdurmayıb"
12.10.2021
"Rusiya Prezidenti Vladimir Putin hələ ikinci dozanı qəbul etməyib”.
DM xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, buna səbəb Putində koronavirusa qarşı antitel səviyyəsinin yüksək olaraq qalmasıdır.
"O, yenidən peyvənd olunmayıb. Onda özü dediyi kimi, antitel səviyyəsi yüksək olaraq qalır”, - deyə Peskiv bildirib.
Qeyd edək ki, Vladimir Putin koronavirusa qarşı peyvəndin ilk dozasını martın 23-ü qəbul etmişdi. Putin yerli "Sputnik V” vaksini ilə peyvənd olunduğunu açıqlamışdı.