03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qeyri-iş günləri ilə bağlı Əmək məcəlləsinə dəyişiklik edilə bilər

12.10.2021

 Dünən 28 May - Müstəqillik Günü və 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olması ilə bağlı fikirlər səsləndirilib. Burada qanunun mənası nəyisə bərabərləşirmək deyil. Qanun dəqiqləşdirilir. Bu məsələ qanunun predimenti deyil.

DM-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Müstəqillik Günü haqqında” qanun layihəsininin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanunla bağlı Əmək Məcəlləsinə də dəyişiklik ediləcək: ""Bu layihə qəbul olunandan sonra yəqin ki, Əmək Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı layihə gələcək. Amma düşünmürəm ki, bu konkret bayram gününə hesablanmış dəyişiklik olacaq. Bu texniki dəyişiklik olacaq”.