Şoyqu ilə Karapetyan görüşdü
12.10.2021
Moskvada Rusiya müdafiə naziri Sergey Şoyqu ilə Ermənistan müdafiə naziri Arşak Karapetyan arasında görüş baş tutub.
DM xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər müdafiə sahəsindəki ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.