İsrail XİN rəhbəri yenidən ABŞ-a səfər edəcək
12.10.2021
İsrail xarici işlər naziri Yair Lapid ABŞ-a səfər edəcək.
DM xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb. 3 günlük səfər çərçivəsində Lapid ABŞ vitse-prezidenti Kamala Harris, Dövlət katibi Entoni Blinken, Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşəcək.