Bağdadinin müavini ələ keçirildi
11.10.2021
İraqın Baş naziri Mustafa əl-Kazimı "İŞİD” terror qruplaşmasının əsas fiqurlarından birinin ələ keçirildiyini açıqlayıb.
DM xəbər verir ki, bu barədə İraq hökumətinin rəhbəri Tvitterdə yazıb.
Onun sözlərinə görə, ölkənin təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülən "İŞİD” lideri Əbu Bəkr əl-Bağdadinin müavini Sami Casim tutulub.
Xatırladaq ki, Bağdadi ABŞ hərbçilərinin 2019-cu ilin oktyabrında Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürülüb. ABŞ Dövlət Departamenti o vaxt Casim də daxil olmaqla "İŞİD" liderlərinin yeri barədə məlumat verənlərə mükafat vəd etmişdi.