"Körpü qurbanları"nın sayı 41-ə çatdı
18.08.2018
Avqustun 14-də İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün dağılması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
"Dövran Media"nın məlumatına görə, bu barədə ərazidə axtarış-xilasetmə işlərini davam etdirən işçilər bildiriblər.
Dağıntılar altında içində bir ailə - ata, ana və 9 yaşlı oğulları - olan avtomobil tapılıb.
Bundan əvvəl hadisə nəticəsində 38 nəfərin həlak olduğu deyilirdi. İki nəfər itkin düşmüş hesab edilir.
Hazırda 10 yaralı xəstəxanadadır, onlardan 9-nun vəziyyətin ağırdır.
Qeyd edək ki, faciə ilə əlaqədar ölkədə ümummilli matəm elan olunub.