"Ermənistan" aviaşirkətinin İrəvan-Moskva reysi bu səhər həyata keçirilməli olduğu uçuşu ləğv edilib.
DM erməni KİV-ə istinadən xəbər verir ki, hava limanında olan sərnişinlər uçuşun son anda ləğv edilməsi xəbərinə qəzəbləniblər.
"Uçuşumuz ləğv edildi, hələ də hava limanındayıq. İnsanların yarısı inandırılaraq evlərinə göndərildi. Bu ləğvdən kimin məsul olacağını bilmək istəyirik", -deyə sərnişinlərdən biri mətbuata danışıb.
Uçuşun ləğv edilməsinə əsas səbəb kimi nasazlıq göstərilib. Aviaşirkətdən bununla bağlı heç bir açıqlama gəlməyib.