Fransa Polşanı hədələdi
08.10.2021
Polşa Konstitusiya Məhkəməsinin ölkə konstitusiyasını Avropa normalarından üstün tutması qərarı AB-yə qarşı hücumdur.
DM xəbər verir ki, bunu Fransanın dövlət katibi Kleman Bon deyib. Onun sözlərinə görə, Polşa hökuməti AB-nin dəyərləri və fundamental qaydalarına hörmət etmir.
O, Polşanın de-fakto AB-dən çıxmaq riskinin mövcud olduğunu bildirib:
"Siz öz qaydalarınızın müqavilə şərtlərindən vacib olduğunu təsdiqləyirsinizsə, demək, o zaman müqavilə də, iştirak da yoxdur. Bu, texniki yox, hüquqi, siyasi məsələdir. Avropa Komissiyası dəqiq şəkildə xəbərdarlıq edir ki, əgər Polşa AB qaydalarına əməl etməsə, təşkilat maliyyə dəstəyi təqdim etməyəcək. Heç kimi AB üzvlüyünə məcbur etmirik. İttifaqdan çıxmaq mümkündür”.