Suriya ordusu Əs-Suveydə əyalətində yerləşən Tulul əl-Səfa təpələrində İŞİD üzvlərini mühasirəyə alıb.
"Dövran Media" xəbər verir ki, sözügedən bölgə İŞİD-in son məskunlaşdığı mövqedir.
İŞİD üzvləri dəfələrlə snayperlər və canlı bombalardan istifadə edərək mühasirəni yarmağa cəhd etdilər, ancaq bütün hücumları uğursuz oldu. Qarşıdurmalar zamanı 20 terrorçu öldürülüb, bir çox avtomobil və silah məhv edilib.