Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları
08.10.2021
Azərbaycanda Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəlib.
"Report” xəbər verir ki, bunu "YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov deyib.
"Bütün şəhid övladları, qazilər bizə əmanətdir”, - deyə E. Hüseynov əlavə edib.
Qeyd edək ki, "YAŞAT” Fondunun layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladlarının zəruri xərcləri Fond tərəfindən qarşılanır.
Bu məqsədlə 1 000 AZN analara təqdim olunur və dünyaya yeni göz açan körpələrin adına 5 000 AZN-lik hesab açılır. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.