Novruz Aslanov seçicilərini qəbul etdi
08.10.2021
Millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edərək növbəti dəfə seçicilərinin qəbulunu keçirib.
DM xəbər verir ki, İsmayıllı şəhərindəki ofisində pandemiya qaydalarına uyğun olaraq keçirilən qəbulda seçicilərin qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb. Qəbulda 28 nəfər iştirak edib. Şəxsi məişət problemi ilə bağlı bir neçə məsələ yerindəcə həll olunub. Həmçinin sosial yönümlü və işlə bağlı müraciətlər də çoxluq təşkil edib. Digər məsələlər qeydiyyata alınıb və əlaqədar qurumlara müraciətin ediləcəyi bildirilib.
Məlumat üçün bildirək ki, Novruz Aslanov iş qrafikinə uyğun olaraq yay aylarında hava şəraitinin əlverişli olduğundan əsasən İsmayıllı rayonunun kəndlərində səyyar qəbullar keçirir. Bura ucqar dağ kəndləri də daxildir. Bu günə kimi deputat 40-a yaxın kənddin sakini ilə belə görüşlər keçirib.