Respublika Gününün və Milli Müstəqillik Gününün adları dəyişdirilir
06.10.2021
Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü bayram kimi qeyd edilə bilər.
DM-in məlumatına əsasən, bu barədə "Müstəqillik haqqında” qanun layihəsində bildirilir.
Qeyd olunur ki, mayın 28-i Müstəqillik Günü, оktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan edilməsi təklif olunur. Bu tarixlərin qeyri-iş günü olacağı nəzərdə tutulur.
Xatırladaq ki, hazırda 28 may Respublika günü kimi qeyd olunur və həmin gün qeyri-iş günüdür. 18 oktyabr isə Milli Müstəqillik Günüdür və iş günüdür.
Layihə parlamentin iclasında müzakirəyə çıxarılacaq.