23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"ABŞ İranla bağlı başqa tədbirlər görə bilər" - Sallivan

06.10.2021

 "Əgər diplomatiya İranı nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına qaytara bilməsə, ABŞ başqa tədbirlər görə bilər".

DM xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. 

Ağ Evdə keçirilən Amerika-İsrail Strateji Məsləhət Qrupunun növbəti iclasından sonra Sallivanın fikirlərini şərh edən Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn yazılı açıqlamasında bildirib ki, Sallivan toplantıda prezident Baydenin İsrailin təhlükəsizliyi və İranın heç vaxt nüvə silahı əldə etməməsi ilə bağlı əsas öhdəliyini vurğulayıb: 

"ABŞ rəhbərliyinin diplomatiyanı buna nail olmağın ən yaxşı yolu olaraq gördüyünü izah edən Sallivan, bu istiqamətin uğursuz olacağı təqdirdə ABŞ-ın başqa variantlara əl atmağa hazır olduğunu bildirdi".

Horn əlavə edib ki, tərəflər bölgənin təhlükəsizliyinə və sabitliyinə təsir edən ən aktual mövzularda fikir mübadiləsi apararaq İsrailə və regional tərəfdaşlara qarşı təhdidlərə qarşı ortaq bir qətiyyət ifadə ediblər: 

"ABŞ-la İsrail açıq və konstruktiv bir dialoq saxlamağa, habelə müvafiq qrupları arasında İsrailin milli təhlükəsizliyinə, regional sabitliyə təsir edən mövzularda koordinasiyanı daha da dərinləşdirməyə razılaşıblar".