Arif Rəhimzadə: “Azərbaycan KTMT-ya qoşula bilməz”
17.08.2018
Arif Rəhimzadə isə açıqlamasında bildirib ki, hazırki şəraitdə Azərbaycan KTMT-ya qoşula bilməz.
"Ermənistan işğalçı dövlətdir. Hazırda biz Ermənistan dövləti ilə müharibə şəraitində yaşayırıq. Onların olduğu təşkilatda bizim nə işimiz ola bilər axı?! Hesab edirəm ki, Dağlıq Qarabağ məsələsi öz həllini tapmayınca biz Ermənistan dövləti olan yerə getməməliyik”.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus , Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.