Putin bu ölkəyə toya dəvət edildi
17.08.2018
Rusiya Prezidenti Vladimir Putinin Avstriyanın Xarici İşlər naziri Karin Knayslın toyuna dəvət edilməsi ölkədə narazılıqla qarşılanıb.
"Dövran Media" xəbər verir ki, bu barədə "Deutsche Velle” nəşri yazıb.
Avstriyalı politoloq Cerard Manqott Rusiya Prezidentinin Avstriyaya səfər etməsinin ölkəyə zərər vuracağını bildirib. Onun sözlərinə görə, qarşıdan gələn səfər Avstriyanın Rusiyanın Avropa İttifaqındakı "Troya atı” olması şübhəsini yaradır. Manqott hesab edir ki, bu dəvət Putinə təcrid olunmadığını, əksinə, onun səfərinə Avropa ictimaiyyətinin şad olmasını nümayiş etdirməyə imkan verir.
Qeyd edək ki, XİN rəhbərinin toy mərasimi avqustun 18-də keçiriləcək.