Təyyarənin mühərrikinə quş girdi, yanğın başladı
04.10.2021
ABŞ-ın Atlantik Siti şəhərindən havaya qalmağa hazırlaşan sərnişin təyyarəsinin pilotları uçuşu dayandırmaq məcburiyyətində qalıb.
Belə ki, uçuş-enmə zolağında hərəkətə başlayan təyyarənin sağ qanadında olan mühərrikə quş daxil olub və nəticədə mühərrik alovlnamağa başlayıb.
Pilotlar dərhal uçuşu saxlayıb, təyyarədə olan 120 nəfər sərnişin təxliyə edilib.