Ermənilər Laçında xəstəxana tikir
17.08.2018
Ermənistan rəhbərliyi işğal altında saxladıqları Azərbaycan torpaqlarında qanunsuz tikinti işləri aparmaqda davam edir.
"Dövran Media" xəbər verir ki, Laçın rayonunu mərkəzində yeni xəstəxananın tikintisi başa çatmaq üzrədir. Həmin xəstəxana Qarabağdakı separatçı rejimin və Ermənistanın "VivaSell-MTS” şirkəti tərəfindən birgə inşa olunur.
2012-ci ildə tikilməyə başlayan xəstəxananın 2019-cu ildə tam istifadəyə veriləcəyi gözlənilir.