Blinken İrana xəbərdarlıq etdi
01.10.2021
İranın nüvə razılaşmasına qayıtması zamanı bitir, Tehran hərəkətə keçməlidir.
DM xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib. O, topun İranın meydanında olduğunu, amma bunun uzun müddət davam etməyəcəyini bildirib.
Blinkenin sözlərinə görə, Bayden İranla nüvə razılaşmasına qayıtmağa hazırdır:
"İstədiyin anda nüvə razılaşmasına qayıdış və onun üstünlüklərindən istifadə etmək mümkün deyil. Bayden administrasiyası uzun aylar ərzində çox vicdanlı olaraq Vyanada İranla razılaşmaya qayıtmaq barədə dolayısı danışıqlar aparır”.