Ölkədə çeviriliş edən polkovnik prezident olacaq
01.10.2021
5 Sentyabr Qvineyada dövlət çevrilişini həyata keçirən polkovnik-leytenant Mamadi Doumbouya Prezident olaraq and içəcək.
DM xəbər verir ki, Qvineya Ali Məhkəməsinin mətbuata verdiyi məlumata görə, Mamadi Doumbouyanın sabah Prezident olaraq and içəcəyi açıqlanıb.
Bununla yanaşı, Qvineyada heç bir hərbi xunta üzvünün ümumi və yerli seçkilərə qatıla bilməyəcəyi qeyd olunub.