Erməni əsilli baş nazir korrupsiyada ittiham olunur
01.10.2021
Avstraliyanın Yeni Cənubi Uels əyalətinin erməni əsilli Baş naziri Qladis Berejiklyana qarşı korrupsiya ittihamı ilə araşdırma başladılıb.
DM xəbər verir ki, bu barədə Avstraliyanın "7 Nyus” telekanalı məlumat yayıb.
Məlumata görə, əyalətin Korrupsiya üzrə Müstəqil Komissiyasının onun barəsində apardığı araşdırmadan sonra erməni əsilli nazir postundan istefa verib.
Xatırladaq ki, ötən ilin oktyabr ayında Q.Berejiklyan uzun müddət Çin vətəndaşlarına viza satmaqda şübhəli bilinən keçmiş millət vəkili Daril Maquir ilə gizli əlaqədə olduğunu etiraf etmişdi.
Qladis Berejiklyan Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahı"sına daxil edilmiş şəxslər arasında yer alır.