21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

30.09.2021


Nazirlər Kabineti "Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydasının təsdiq edilməsi barədə” qərara dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara uyğun olaraq, Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib.

Qərarla yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə əhali arasında immunsəviyyənin yüksəldilməsi üçün immunoprofilaktikanı təmin edən qurumların siyahısına Səhiyyə Nazirliyi də əlavə olunub.

Belə ki, bundan sonra nazirliyin və idarəetmə orqanlarının müvafiq strukturları tərəfindən profilaktik peyvəndlər aparılacaq.

Xatırladaq ki, bu səlahiyyət əvvəllər də nazirlikdə olub. Amma ötən ilin noyabr ayında Nazirlər Kabinetinin qərarı ilə bu səlahiyyət nazirlikdən alınmışdı.