Avropada qazın qiymətində tarixi maksimum
30.09.2021
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti yenidən 1 100 ABŞ dolları həddini ötüb.
Bu barədə birja məlumatlarında xəbər verilir.
Məlumata görə, 30 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti günün əvvəlindən 5%-ə yaxın artaraq 1 101,6 dollara yaxınlaşıb.