Neftimiz 80 dollara satılır
30.09.2021
Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
"Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,1 dollar azalaraq 80,08 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin minimum qiyməti 2020-ci il aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il sentyabrın 27-də (80,77) qeydə alınıb. Neft qiymətlərinin artımına səbəb əksər ölkələrdə COVID-19-la bağlı yumşalmanın tətbiqi və qlobal miqyasda vaksinasiya prosesi olub.