AB Serbiya və Kosova ilə danışıqlara başladı
29.09.2021
Avropa Birliyi Brüsseldə Serbiya və Kosova nümayəndələri ilə ayrı-ayrılıqda danışıqlara başlayıb.
DM xəbər verir ki, bunu Tvitter səhifəsində AB-nin Qərbi Balkan üzrə xüsusi nümayəndəsi Miroslav Layçak paylaşıb.
Məlumata görə, danışıqlar regionda böhranın həlli məqsədilə başlayıb.
Layçak danışıqların gün ərzində davam edəcəyini bildirib.