Vilyam Hacıyev xəstəxanaya yerləşdirildi
29.09.2021
İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev koronavirusa yoluxub.
DM xəbər verir ki, sabiq icra başçısının COVID-19 xəstəliyi ilə bağlı verdiyi analizin cavabı pozitiv çıxıb.
V.Hacıyev Ədliyyə Nazirliyinin ixtisaslaşmış Müalicə müəsisəsinə köçürülüb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.