“İrəli” İctimai Birliyi böyük Zəfər üçün işlərə başladı
29.09.2021
Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın "İrəli” əmri ilə 30 illik torpaq həsrətinə 44 gündə son qoyaraq, xalqa böyük zəfəri yaşatdı.
İgid oğullarımızın 44 gün ərzində qanları ilə qazandıqları zəfəri bu dəfə gənc rəssamlar öz fırçaları ilə "İrəli”də canlandıracaq.
"İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə oktyabr-noyabr ayları ərzində reallaşdırılacaq "Zəfər Əsəri” rəsm sərgisinin əsas məqsədi Vətən müharibəsində Müzəffər Ordumuz tərəfindən 44 gün ərzində qazanılan şanlı qələbədə igidlik və şücaət göstərən qəhrəmanlarımızın döyüş yolunu, onların cəsarət və mərdliyini, keçən 44 günün sevinc və kədərini, azad olunmuş torpaqlarımızın gözoxşayan təbiətini tərənnüm etmək, uğruna canlar verilən Qarabağın tarixini, mədəniyyətini, irsini gənc nəslə daha yaxından tanıtmaq və rəssamlıq sənəti üzrə istedadlı gənclərin rəsm əsərlərini nümayiş etməkdən ibarətdir.
Bakı şəhərində keçiriləcək "Zəfər Əsəri” rəsm sərgisinə müraciətlər onlayn olaraq www.ireli.az veb-saytından qəbul olunur və sərgi üçün yalnız:
- A3 və ya daha böyük formatda işlənən;
- Qarabağın təbiətini vəsf edən, müzəffər ordumuzun şanlı qələbəsini, igidlərin döyüşdəki ruhunu təcəssüm edən əsərlər qiymətləndiriləcək;
Qeyd edək ki, rəsmlərin işlənmə texnikası sərbəstdir.
Əgər Siz də öz rəsmlərinizlə birgə "Zəfər Əsəri” sərgisinin bir parçası olmaq istəyirsinizsə qeyd olunmuş linkdən müraciət edin.
Layihədə iştirak üçün yaş həddi: 16-25 yaş
Son müraciət tarixi: 25.10.2021 23:59
Müraciət linki: http://ireli.az/zefereseri/
#ZəfərƏsəri #ireli2021 #hərşeyVətənüçün