Terror təşkilatı liderindən ETİRAF
29.09.2021
YPG/PKK terror təşkilatının lideri "Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahini ABŞ prezidenti Co Baydenlə anlaşdığını etiraf edib.
DM unikal.org-a istinadən xəbər verir ki, Kobani bunu müsahibəsi zamanı deyib. O, ABŞ ordusunun 20 ildən sonra Əfqanıstanı tərk etməsindən sonra qorxduğunu, eyni sonluqla üzləşəcəklərini düşündüyünü bildirib.
Onun sözlərinə görə, Co Bayden bununla bağlı onlara təminat verib:
"Bayden bizə "Sizi tərk etməyəcəyik. Suriya Əfqanıstan kimi olmayacaq. Bura ilə bağlı siyasətimiz tamamilə fərqlidir", dedi".