Türkiyə hər zaman Azərbaycanın yanındadır - Mustafa Şentop
28.09.2021
BMT də daxil olmaqla bütün təşkilatlar tərəfindən Azərbaycana məxsusluğu qəbul edilən ərazilərin işğaldan azad edilməsi və Azərbaycanın hər qarış torpağında bayrağının dalğalanması TürkPA ölkələri olaraq hamımızı məmnun edib.
DM-in məlumatına görə, bunu Türkiyə parlamentinin sədri Mustafa Şentop parlamentdəki çıxışı zamanı 27 Sentyabr- Anım günü münasibətilə açıqlamasında deyib.
O, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib: "Dünən işğal altındakı Qarabağı azadlığa qovuşduran şanlı vətən müharibəsinin ildönümü idi. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm, şəhidlərimizi rəhmətlə yad edirəm. Qarabağ Azərbaycandır. Biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq. Bölgədə sabitliyin bərqərar olunması üçün hər cür dəstəyi göstəririk, gələcəkdə də dəstəyi davam etdirəcəyik".
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.