Ərdoğanla Putin Cənubi Qafqazı müzakirə edəcəklər
28.09.2021
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidəki danışıqlarda Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb:
"29 sentyabrda Soçidə Rusiya Prezidenti Vladimir Putin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.
Siyasi, ticarət və iqtisadi sahələrdə Rusiya-Türkiyə tərəfdaşlığının müxtəlif aspektlərini müzakirə etmək planlaşdırılır. Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyətin inkişafı da daxil olmaqla aktual beynəlxalq mövzularda ətraflı fikir mübadiləsi aparılacaq”.