21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

BƏƏ və İran arasında ada böhranı

28.09.2021

BMT Baş Assambleyasındakı İran heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fars körfəzindəki üç ada ilə bağlı iddialarına məktubla cavab verib.

Məktubda aşağıdakı ifadələr yer alıb:

"İran prinsipial və qətiyyətli mövqeyi ilə iki ölkə arasında belə bir qarşıdurmanın olmasını rəsmən tanımadığını bir daha bəyan edir.

Bu üç ada (Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları) İran ərazisinin ayrılmaz hissəsidir və bunun əksinə olan hər hansı bir iddia rədd edilir.

Bütün bunlara baxmayaraq, İran mehriban qonşuluq prinsipinə maksimum hörmət göstərmək üçün Əbu Musa adası ilə bağlı hər hansı bir anlaşılmazlığı aradan qaldırmaq üçün BƏƏ ilə ikitərəfli danışıqlar aparmağa hazır olduğunu bəyan edib”.

İran nümayəndə heyətinin məktubunda Fars Körfəzi yerinə saxta bir ad istifadə edən BƏƏ nümayəndəsinin münasibətinə reaksiya verilib: "BƏƏ təmsilçisinə "Fars Körfəzi”nin düzğün adının eramızdan əvvəl 500-cü ildən bəri Ərəbistan yarımadası ilə İran yaylası arasındakı körfəzi ifadə edib və əbədi olaraq elə qalacaq”.

Qeyd edək ki, vaxtilə BƏƏ ilə birgə Britaniyanın müstəmləkəsi olan sözügedən adalar 1971-ci ildən, BƏƏ müstəqil olandan İranın hakimiyyətindədir.