0:12:00 11 04 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

SOCAR-ın idarə və müəssisələrində anım mərasimi keçirildi

27.09.2021

Sentyabrın 27-də SOCAR-ın idarə və müəssisələrində Vətən müharibəsi şəhidlərinin Anım Günü keçirilib.

Qurumdan verilən məlumata görə, mərasimlərdə Azərbaycanın azadlığı uğrunda şəhid olan övladlarımızın və o cümlədən həmkarlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bundan başqa SOCAR əməkdaşları təşkil olunan anım tədbirləri çərçivəsində şəhidlərin məzarlarını ziyarət edib, kollektivlər adından şəhidlərin məzarları üzərinə çiçəklər düzüb və əklillər qoyublar.

Tədbirdə çıxış edənlər əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söhbət açıb, şəhidlərin ruhuna dualar oxuyublar.

SOCAR əməkdaşları Vətən müharibəsi dövründə Milli Ordumuzun zəfər yürüşünə layiqli töhfələr veriblər. Şirkətin 500-ə yaxın əməkdaşı könüllü olaraq cəbhəyə yollanıb, döyüşlərdə iştirak edib. Hərbi əməliyyatlar zamanı şirkətin 22 əməkdaşı yaralanıb müxtəlif dərəcəli xəsarətlər alıb, 6 neftçi isə canını Vətən uğrunda qurban verərək şəhidlik zirvəsinə yüksəlib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixində imzaladığı Sərəncama əsasən hər il sentyabr ayının 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunacaq.