Nazir Türk Şurasının iclasında çıxış etdi
27.09.2021
Türkiyənin İstanbul şəhərində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı başlayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tədbirdə çıxış edib.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter” hesabında görüntülər paylaşıb.