Beynəlxalq təşkilatın rəhbəri: “Füzuli hava limanına səfər etməkdən qürur duyuruq”
27.09.2021
"İllər sonra Füzuli hava limanına səfər etmiş ilk şəxslər olmaqdan qürur duyuruq”.
"Report” xəbər verir ki, bunu jurnalistlərə "Extreme Travelers International Congress” (Ekstrim Səyyahlar Beynəlxalq Konqresi) təşkilatının rəhbəti Koje Şporli bildirib.
"Qarşıda Qarabağda keçirəcəyimiz uzun bir gün var. Bizi burada qəbul etdiyinizə görə minnətdarıq”, - K.Şporli deyib.
ETIC rəhbəri regionun tarixi barədə daha çox öyrənmək istədiklərini əlavə edib.
Xatırladaq ki, sentyabrın 27-də Füzuli Beynəlxalq Hava Limanına ilk sınaq kommersiya uçuşu baş tutub. Dünyaca tanınmış beynəlxalq səyahətçilər sınaq uçuşu ilə Füzuliyə təşrif buyurublar.
Füzuli hava limanından sonra onlar Ağdam və Şuşaya səfər edəcəklər.