Qətərin ardınca Çindən İstanbula MİLYARDLIQ YATIRIM
16.08.2018
ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən Türkiyənin dolların məzənnəsinin artması ilə bağlı investorlara çağırışının ardından Çindən də dəstək gəlib.
"Dövran Media" bildirir ki, dünyanın ən nəhəng şirkətlərindən olan "Alibaba" iyulda aldığı "Trendyol" şirkətinə 1 milyard dollarlıq sərmayə qoyacağını açıqlayıb. Həmçinin yaxın vaxtlarda bir neçə dəfə Türkiyəyə gələn şirkət rəsimilərinin İstanbulda yeni mərkəz açmağı planlaşdırdıqları və bunun üçün ərazi baxdıqları bildirilib.
Qeyd edək ki, keçdiyimiz günlərdə Çin hökuməti tərəfindən yayımlanan "Çin və Dünya Ticarət Təşkilatı" adlı kitabda Türkiyə ilə geniş iqtisadi əlaqələrə yer verilərək, "Güclərimizi birləşdirək" çağırışı edilmişdi.