Boris Conson adını dəyişmək istəyib
23.09.2021
Böyük Britaniyanın baş naziri Boris Conson Yunan mifologiyasında şimal küləyi tanrısının şərəfinə və bərpa olunan enerji mənbələrinə dəstək əlaməti olaraq adını Boreas Conson olaraq dəyişməyi düşündüyünü deyib.
Bu barədə o, BMT Baş Assambleyasındakı çıxışında bildirib:
"Biz Britaniya və Niderland arasında Şimal dənizindəki külək turbinlərindən böyük meşələr yaratdıq. Küləkdən o qədər enerji istehsal edirik ki, hətta şimal küləyi tanrısının şərəfinə adımı Boreas Conson olaraq dəyişməyi düşünmüşəm”.