ABŞ-da “Pfizer”in gücləndirici dozası vurulacaq
23.09.2021
ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) virusa daha çox məruz qalma şəraitində 65 yaşdan yuxarı, eləcə də yüksək risk qrupuna daxil olan insanlara "Pfizer” peyvəndinin gücləndirici (üçüncü) dozasının tətbiq edilməsini təsdiqləyib.
Gücləndirici doza "Pfizer” peyvəndinin ikinci dozasından azı altı ay sonra vurulmalıdır.
ABŞ-da iki doza "Pfizer” və "Moderna” vaksinləri və birdəfəlik dozada "Johnson & Johnson” peyvəndi istifadə üçün təsdiq edilib.