21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu ordunun qarşısında heç kim dayana bilməzdi – Xaindrava

23.09.2021

Ermənistana silah tədarükü başqa, Emənistan tərəfində vuruşmaq başqa. Rusiya 44 günlük müharibə zamanı Azərbaycana qarşı açıq şəkildə döyüşməyib.

DM xəbər verir ki, bu fikirləri Gürcüstanın münaqişələrin nizamlanması üzrə keçmiş naziri (2004-2006), politiloq Georgi Xaindrava deyib.

"Hətta Rusiya Ermənistan tərəfindən açıq şəkildə müharibəyə qoşulsaydı belə, düşünürəm ki, Azərbaycan yenə də öz ərazi bütövlüyünü bərpa edəcəkdi. Düzdür, bu, Azərbaycan üçün daha mürəkkəb olacaqdı çətin, amma bu ordunun qarşısında heç kim dayana bilməzdi. Biz hamımız müharibə dövründə hadisələri çox diqqətlə izlədik və Azərbaycan Ordusunun hərəkətləri, o döyüşlərdə göstərdiyi peşəkarlıq və döyüş qabiliyyəti səviyyəsinə heyran idik", - Xaindrava qeyd edib.