Almaniya şirkətləri Qarabağa maraq göstərirlər
23.09.2021
"Füzuli şəhərində hava limanına uçuş Azərbaycan üçün böyük bir nailiyyət idi”.
DM-in məlumatına görə, bunu "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021” hesabatının təqdimatında Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Fərid İsayev deyib.
O bildirib ki, Almaniya şirkətləri əraziyə maraq göstərirlər:
"Qarabağda belə bir hava limanının tikilməsi iqtisadi nəqliyyat və logistika sahəsində böyük inkişaf vəd edir. Almaniya şirkətləri də ərazidə daha çox yenilikləri öyrənmək istəyirlər”.
Qeyd edək ki, təqdimatda İqtisadiyyat naziri Mikayıl Cabbarov, həmçinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov da iştirak edib.