Rəşid Mahmudovun qardaşı oğlu haqqında şayə yayıldı
23.09.2021
Sosial şəbəkədə Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudovun ailə yaxını olan gəncin intihar etdiyinə dair məlumatlar yayılıb.
DM xəbər verir ki, yayılan məlumatlarda R.Mahmudovun qardaşı oğlu olduğu iddia edilən Oruc adlı şəxsin ali məktəbə qəbul imtahanlarından kəsildiyi üçün intihar etdiyi qeyd edilib.
Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həkim Oxu.Az-a açıqlamasında bildirib ki, belə bir hadisə olmayıb:
"Mənim Oruc adlı qardaşım oğlu yoxdur. Onların hamısı yalan məlumatdır. Belə şayiələrə inanmayın. Boş-boş uydurmalar yazırlar”.