“Taliban”dan BMT-yə MÜRACİƏT
22.09.2021
Əfqanıstanda "Taliban” hərəkatının nümayəndələri Birləmiş Millətlər Təşkilatına (BMT) müraciət ediblər.
Onlar Baş Assambleyanın 76-cı sessiyasında (21-27 sentyabr) danışmaq niyyətlərini bildiriblər və Məhəmməd Sohail Şahinin Əfqanıstanın daimi nümayəndəsi olaraq təsdiq edilməsi üçün namizədliyini göndəriblər.
Eyni zamanda qeyd edilib ki, 15 avqustdan etibarən Əşrəf Qani istefaya göndərilib və artıq prezident kimi tanınmır.