"Nikol Paşinyan daxili düşmənlərlə mübarizədə o qədər irəliləyib ki, 7 milyon dollara "Pegasus"adlı telefon dinləmə sistemi alıb".
DM xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.
"Başqa ölkələrdə belə sistemlərdən dövlətin təhlükəsizliyi üçün təhdidlər yaradanları dinləmək üçün istifadə edilir. Mexanizm sadədir. Nəzərdə tutulan telefona adi reklam SMS göndərilir və onun açılmasından sonra sistem mobil telefona yüklənir”,- deyə qəzetdə qeyd olunub.