Milli Kitab Satış Sərgisi keçiriləcək
22.09.2021
1-10 oktyabrda Bakı İdman Sarayında Milli Kitab Satış Sərgisi keçiriləcək.
DM xəbər verir ki, sərginin fəxri qonağı isə yazıçı, tərcüməçi və tarixçi, 80-ə yaxın kitabın müəllifi Əlisa Hüseynov (Əlisa Nicat) olacaq.
Sərgidə 50 000-dən çox kitabı 30 %-dən başlayan endirimlərlə əldə edə biləcəksiniz.
Sərgidə həmçinin ikinci əl kitabların satışı da həyata keçiriləcək.
Həmçinin, tədbir çərçivəsində mədəniyyətin fərqli sahələri ilə bağlı gərgin müzakirələr, yazarlarla görüşlər, poeziya və qiraət saatları təşkil olunacaq.