Armin Laschetdən Türkiyəyə tərəf ADDIM
22.09.2021
Xristian Birlik Partiyalarının baş nazirliyə namizədi Armin Laschet açıqlama verdi.
Sentyabrın 26 -da Almaniyada keçiriləcək ümumi seçkilərdə Xristian Birlik Partiyalarının baş nazirliyə namizədi Armin Laschet, iqtidara gəlsələr, Türkiyə ilə Almaniya arasındakı əlaqələri yenidən yaxşılaşdıracaqlarını söylədi.
Mühacirlərin, xüsusən də Türk mühacirlərin böyük bir potensiala sahib olduqlarını müşahidə edən Laschet, bu potensialdan istifadə etmək, ayrıseçkiliyi azaltmaq və müxtəlifliyi yaşatmaq lazım olduğunu vurğuladı.