12:54:02 06 04 2025-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Şəhid jurnalistin övladları məktəbə getdilər

22.09.2021

Bu gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşən jurnalist Məhərrəm İbrahimovun övladlarının da ilk dərs günüdür.

DM-in məlumatına görə, Məhərrəmin böyük oğlu Uğur ikinci sinfə, kiçik oğlu Toğrul isə məktəbəqədər hazırlığa gedir.

Qeyd edək ki, bu ilin iyunun 4-də işğaldan azad olunmuş ərazilərin çəkilişə yollanan zaman Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə icra nümayəndəsinin müavini Arif Əliyev həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də imzaladığı sərəncama əsəsən, işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.